Ermənistanda sorğu: Paşinyan Koçaryanı qabaqladı

 Ermənistanda sorğu:  Paşinyan Koçaryanı qabaqladı
  24 May 2021    Oxunub:995
Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı sorğu keçirilib.
Azvision.az xəbər verir ki, telefonla təşkil olunan sorğuda Nikol Paşinyanın komandası ilk sırada qərarlaşıb.

Belə ki, sorğunun nəticələrinə əsasən, Nikol Paşinyanın şansı 24,8 faiz, Robert Koçaryanın isə 14,3 faiz qiymətləndirilib. Yerli media yazır ki, sorğuda qərarsız olduğunu deyənlərin hesabına Paşinyanın göstəriciləri 9.6 faiz artaraq 34.4-ə çatacaq.

Bundan əlavə, sorğuda "Çiçəklənən Ermənistan" partiyası 1,6%, "Respublika" 0,8%, "Vətən" partiyası isə 1,2% səs alıb. Respondentlərin 13.4 faizi heç kimə səs verməyəcəyini bildirib.



Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Sorğu  





Xəbər lenti