“Paşinyan sənədin digər bəndlərinin də reallaşacağını dedi”

“Paşinyan sənədin digər bəndlərinin də reallaşacağını dedi”
  24 May 2021    Oxunub:1625
Ermənistan parlamentinin "Mənin addımım" fraksiyasından olan deputatı Ovik Aqazaryan sərsəm fikirlərlə gündəmə gəlib.
Azvision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada "tarixi Ermənistan" ərazilərinin bərpasının mümkün olduğunu deyib. Bundan əlavə, Aqazaryan sərhədlərin razılaşdırılması məsələsinə də toxunub:

"Baş nazir sənədin qalan bəndlərinin də reallaşacağını dedi. Hesab edirəm ki, bu lazımlı bir sənəddir. Burada elə vəziyyət yarandı ki, məlum hadisələrdən sonra azərbaycanlıların olan, lakin bizim ərazimizə düşən yaşayış məntəqələri qalmışdı. Vəziyyət praktiki olaraq simmetrikdir. Problemi həll etmək üçün simmetriyanı pozmamaq lazımdır".

Erməni deputat daha sonra uşaqlıq arzusundan da söz açıb. O qeyd edib ki, Ermənistan tarixi sərhədlərini bərpa etməlidir:

“10 il ərzində "Böyük Tiqran"ın xəritəsini bərpa etmək üçün ordu yaratmağı düşünürdüm. Bu mənim uşaqlıq arzum idi. Belə ordunu yaradacağam, hakimiyyətdə olan kimsə istəsə, bu barədə ideya verəcəyəm. "Böyük Tiqran"ın dövründən olan sərhədləri çəkəcəyəm. Biz bu dövləti "tarixi vətən"imizdə yaradacağıq", - deyə Aqazaryan qeyri-real arzularını dilə gətirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Deputat  





Xəbər lenti