Putinlə Baydenin ilk görüşü İsveçrədə keçirilə bilər

 Putinlə Baydenin ilk görüşü İsveçrədə keçirilə bilər
  24 May 2021    Oxunub:1874
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin ilk görüşü İsveçrədə keçirə bilər.
Azvision.az xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” nəşri yazıb.

Qəzet qeyd edib ki, görüşün dəqiq vaxtı və yeri hələ məlum deyil.

“Yəqin ki, görüş yaxın iki həftə ərzində Cenevrədə keçiriləcək”, - xəbərdə vurğulanıb.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ liderləri arasında görüşün keçirilməsinə dair yekun razılığın olmadığını, ancaq buna nail olunacağı təqdirdə, sammitin "Avropanın diplomatik paytaxtlarından" birində keçirilə biləcəyini söyləyib.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə Amerika tərəfinin iki prezidentin önümüzdəki həftələrdə görüşməsini gözlədiyini qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden   Putin   Görüş  





Xəbər lenti