Fələstin-İsrail münaqişəsi müzakirə olundu

Fələstin-İsrail münaqişəsi müzakirə olundu
  08 Mart 2014    Oxunub:1134
İordaniya kralı və ABŞ-ın dövlət katibi Fələstin-İsrail münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər.
ABŞ-ın dövlət katibi Con Kerri bu gün İordaniyaya qısamüddətli səfərə gəlib.

AzVision.az xəbər verir ki, İordaniyanın “Petra” dövlət informasiya agentliyinin məlumatına görə, Kral II Abdullanın Amerikanın xarici siyasət idarəsinin rəhbəri ilə Akabe şəhərində keçirilmiş görüşündə danışıqların başlıca mövzusu Con Kerrinin vasitəçilik missiyası ilə Fələstin-İsrail münaqişəsinin nizama salınması məsələsi olub.

Görüşdə C.Kerri İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-a səfərinin və bu problemin Prezident Barak Obama ilə müzakirələrinin nəticələri məsələsinə toxunmuşdur. Qeyd etmək lazımdır ki, İsrail ilə Fələstin arasında ABŞ-ın himayəçiliyi ilə aparılan danışıq prosesi çərçivəsində Barak Obama martın ortalarında Fələstin rəhbəri Mahmud Abbasla görüşməyi planlaşdırır.

İordaniya Kralı II Abdulla bütün tərəflərin və dünya birliyinin regionda ədalətli və universal sülhün bərqərar olması üçün göstərilən səyləri dəstəkləməsinin vacib olduğunu təsdiqləyib.

ABŞ dövlət katibi İordaniya Kralının Yaxın Şərqdə və ümumiyyətlə, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinə yönəldilmiş səylərini alqışlayıb.


Teqlər:





Xəbər lenti