Türkiyə ilk dəfə NATO ölkəsinə PUA ixrac edəcək

Türkiyə ilk dəfə NATO ölkəsinə PUA ixrac edəcək
  24 May 2021    Oxunub:1483
Türkiyə ilk dəfə olaraq NATO və Avropa İttifaqı üzvü olan Polşaya pilotsuz uçuş aparatları (PUA) ixrac edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan polşalı həmkarı Anjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, Türkiyə-Polşa münasibətlərinin strateji ortaqlıq səviyyəsində olduğunu, əməkdaşlıq əlaqəsinin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. Bundan əlavə, Ərdoğan deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 6.5 milyard dollara çatıb, hədəf bu məbləği 10 milyard dollara yüksəltməkdir.

Türkiyə lideri hesab edir ki, əlaqələr bölgənin rifahına xidmət edəcək.

Qeyd edək ki, tərəflər arasında turizm, mədəniyyət, müdafiə sənayesi və kənd təsərrüfatı sahələrini əhatə edən sənədlər imzalanıb.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti