Türkiyədə yoluxma sayı azalmaqda davam edir

   Türkiyədə yoluxma sayı azalmaqda davam edir
  24 May 2021    Oxunub:1331
Türkiyədə son sutka ərzində 178 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 7523 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 194 min 10, pandemiya qurbanlarının sayı isə 46 min 446 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 34 min 316 pasiyent (son sutkada 10 003 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti