“Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı

   “Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı
  24 May 2021    Oxunub:2202
“Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi İtaliyanın “Maneskin” qrupunun solisti David Damianonun narkotik testinin nəticəsi açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

“22 mayda “Avroiviziya” mahnı yarışmasının finalında yaşıl otaqda Damianonun narkotik istifadəsinə dair şübhələrə əsasən, Avropa Yayım Birliyi, İtalya nümayəndə heyətinin istəyi ilə videoda görünən şəxslərlə bağlı yoxlama apardı. Bu gün qrupun solisti könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu. Yaşıl otaqda narkotikdən istifadə halı baş verməyib. Bu məsələni qapalı hesab edirik”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Avroviziya  





Xəbər lenti