Dünyada COVID-19-la bağlı son vəziyyət

 Dünyada COVID-19-la bağlı son vəziyyət
  25 May 2021    Oxunub:1262
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 167 milyon 988 min 54 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 487 min 62 nəfərdir. İndiyədək 149 milyon 309 min 514 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, son sutka ərzində 508 074 yoluxma, 10 807 ölüm faktı qeydə alınıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 922 937 nəfər virusa yoluxub, 604 416 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 26 948 874 nəfərdə virus aşkar edilib. Xəstələrdən 307 249 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 121 136 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 450 026 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 605 896 yoluxma, 108 608 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 194 010 nəfər virusa yoluxub ki, onlardan 46 446-sı dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti