Gürcüstanda 4,9 bal gücündə zəlzələ oldu

Gürcüstanda 4,9 bal gücündə zəlzələ oldu
  25 May 2021    Oxunub:874
Mayın 25-də gecə saatlarında Gürcüstanda zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Kazbeqi rayonunun Bokçvilo rayonu ərazisində 4,9 bal gücündə qeydə alınıb.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Azvision.az


Teqlər: Gürcüstan   Zəlzələ  





Xəbər lenti