Erməni deputat: “Tavuşdakı kəndlər Azərbaycanındır”
Azvision.az xəbər verir ki, erməni deputat yerli mediaya verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.
Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar adlı kəndlər xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur.
Deputatın açıqlaması erməni mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Tural Tağıyev
Azvision.az
Teqlər: Deputat Kənd Azərbaycan