Almaniyada yoluxma və ölüm sayı azalır

Almaniyada yoluxma və ölüm sayı azalır
  25 May 2021    Oxunub:1215
Almaniyada son sutka ərzində 1911 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, son sutkada daha 33 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 653 551 nəfər koronavirusa yoluxub, 87 456 xəstə ölüb. Ümumilikdə isə təxminən 3,2 milyondan çox insan COVID-19-dan sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti