Blinkenin İsrailə səfəri başlayıb

Blinkenin İsrailə səfəri başlayıb
  25 May 2021    Oxunub:1056
ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Qabi Aşkenazi Tvitter hesabında bildirib.

Bu, Blinkenin İsrailə ilk səfəridir.

“ABŞ-İsrail münasibətlərinin möhkəmləndirilməsi və regional inkişafla bağlı müzakirələrin aparılmasını səbrsizliklə gözləyirəm”, - deyə XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, Blinken İsraillə yanaşı, Fələstinə və Misirə də səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   ABŞ   Blinken  





Xəbər lenti