Ermənistanda virusdan ölənlərin sayı 4400-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 4400-ə çatdı
  25 May 2021    Oxunub:1228
Ermənistanda son sutka ərzində daha 151 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 139 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4400-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1077 nəfərdir.

Aktiv xəstələrin sayı 5028 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti