Muradov Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdi

Muradov Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdi
  25 May 2021    Oxunub:1054
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı sülhməramlı missiyanın fəaliyyəti müzakirə edilib. Muradov, Rusiya kontingentinin atəşkəsin saxlanılması üçün gördüyü işlərdən bəhs edib. Eyni zamanda, tərəflər, sərhəddəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VaqarşakArutyunyan  





Xəbər lenti