Naxçıvanda `Qadınların nağılları` - FOTOLAR

Naxçıvanda `Qadınların nağılları` - FOTOLAR
  08 Mart 2014    Oxunub:1282
Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar bayramı və Naxçivan Muxtar Respublikasının 90 illiyi münasibətilə rəsm sərgisi keçirilib.
Sərgidə Türkiyəli və yerli qadınların əl işləri nümayiş olunub. Türkiyəli qadın rəssamlar keramikadan hazırlardıqları müxtəlif əşyaları, naxçıvanlı həmkarları isə rəsm səsrlərini sərgiləyiblər.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkil etdiyi sərgi “Qadınların nağılları” adlanır. Türkiyədən 9, Naxçıvandan 5 qadın rəssamın sərgisi çoxlu tamaşaçı cəlb edib.

3 gün davam edən sərgidə 100-ə qədər əsər nümayiş olunub. Muxtar Respublikanın 90 illiyi ilə bağlı bu cür tədbirlərin Türkiyədə də keçirilməsi planlaşdırılır.

Səməd Canbaxşiyev
Naxçıvan

Qalereya




Teqlər:  





Xəbər lenti