150 milyondan çox insan koronavirusdan sağalıb

 150 milyondan çox insan koronavirusdan sağalıb
  26 May 2021    Oxunub:557
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 168 milyon 528 min 40 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 499 min 712 nəfərdir. İndiyədək 150 milyon 52 min 550 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 947 189 nəfər virusa yoluxub, 605 208 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 27 157 795 nəfərdə virus aşkar edilib. Xəstələrdən 311 427 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 195 981 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 452 224 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 609 050 yoluxma, 108 878 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 203 385 nəfər virusa yoluxub ki, onlardan 46 621-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti