Ermənistanda daha bir əsgər intihar edib

 Ermənistanda daha bir əsgər intihar edib
  26 May 2021    Oxunub:625
Ermənistan ordusunun əsgəri Mqer Ovannisyanın intiharı ilə bağlı cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, hərbçi mayın 25-də saat 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomatdan başına atəş açaraq özünü öldürüb.

“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə aparılıb, orada onun ölümü qeydə alınıb”, - məlumatda bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi hadisənin odlu silahdan ehtiyatsız davranma nəticəsində baş verməsi barədə məlumat yaymışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti