İrəvanın mərkəzində atışma olub, yaralı var

İrəvanın mərkəzində atışma olub,  yaralı var
  26 May 2021    Oxunub:586
Ermənistanın paytaxtı İrəvanın mərkəzində atışma olub.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər güllə yarası alıb.

Yaralanan şəxs İrəvan sakini 27 yaşlı Ovsep D.-dir. Məlumata görə, yaralının vəziyyəti ağır olduğu üçün ondan ifadə almaq mümkün olmayıb. Hadisə yerinə gələn polislər üzərində atəş, salonda isə qan izləri olan “BMW 320i” markalı avtomobil aşkarlayıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Atışma  





Xəbər lenti