Suriyada prezident seçkiləri keçirilir

Suriyada prezident seçkiləri keçirilir
  26 May 2021    Oxunub:552
Suriyada növbəti prezident seçkiləri keçirilir.
Azvision.az “SANA” agentliyinə istinadən xəbər verir ki, ümumilikdə, ölkədə 12 mindən çox seçki məntəqəsi açılıb.

Məlumata görə, seçki məntəqələri saat 19:00-a qədər açıq olacaq.

İndiki dövlət başçısı Bəşər Əsəddən əlavə, müxalifətdən Mahmud Əhməd Merii və Sosialist Partiyadan keçmiş millət vəkili Abdallah Sallum Abdallah prezidentliyə namizəddirlər.

Bundan əvvəl Böyük Britaniya, ABŞ, Almaniya, Fransa və İtaliyanın xarici işlər nazirləri beynəlxalq ictimaiyyəti Suriyada keçiriləcək prezident seçkilərini tanımamağa çağırıblar.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Suriya  





Xəbər lenti