Şoyqu Arutyunyanla yenə Qarabağı müzakirə etdi

 Şoyqu Arutyunyanla yenə Qarabağı müzakirə etdi
  26 May 2021    Oxunub:656
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət əsnasında tərəflər Dağlıq Qarabağdakı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

"25 may axşam saatlarında Rusiya Federasiyası müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıqlar aparıb. Söhbət zamanı bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib", - məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ermənistan   Qarabağ  





Xəbər lenti