“Belavia” Minskdən Stokholma bütün uçuşları ləğv etdi

“Belavia” Minskdən Stokholma bütün uçuşları ləğv etdi
  26 May 2021    Oxunub:616
Belarus hava yolu şirkəti “Belavia” İsveç hava məkanı tənzimləyicisi tərəfindən tətbiq edilən uçuş qadağası ilə əlaqədar olaraq oktyabrın 30-dək Minskdən Stokholma və geriyə uçuşları ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

“İsveç tərəfindən “Belavia”nın uçuşları üçün icazənin ləğvi ilə əlaqədar olaraq, 26 may- 30 oktyabr tarixlərində Stokholma gedən-gələn bütün uçuşları ləğv etmək məcburiyyətindəyik", - deyə məlumatda qeyd edilib.

Bundan əvvəl, hava yolu şirkəti Belarus hava daşıyıcıları üçün uçuşların qadağan olunması qərarına əsasən, London, Paris, həmçinin Ukrayna şəhərlərinə bütün aviareysləri ləğv edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti