"Horadiz" və "Qarasuçay" yataqları hərraca çıxarılır
“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı hərrac iddiaçıları iştirakla bağlı sənədləri 11 iyun 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3vhvwgi) və Özəlləşdirmə portalında (https://bit.ly/3bNz0j9) tanış olmaq mümkündür.
Azvision.az
Teqlər: Hərrac