Koçaryanın seçki siyahısında kimlər var?

 Koçaryanın seçki siyahısında kimlər var?
  26 May 2021    Oxunub:792
Ermənistanın ikinci prezidenti Robert Koçaryan rəhbərlik etdiyi “Hayastan” (Ermənistan) blokunun seçki siyahısına daxil olan ilk iyirmilikdəki namizədləri açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə blok məlumat yayıb.

İlk onluqda seçki blokunun lideri Robert Koçaryan, İşxan Saqatelyan, Anna Qriqoryan, Sünikin (Zəngəzur red.) sabiq qubernatoru, yeni yaradılmış “Dirçələn Ermənistan” partiyasının rəhbəri Vahe Akopyan, baş nazirin sabiq müavini Armen Qevorkyan, “Daşnaksütyun”dan Lilit Qalstyan, Armen Rustamyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq iqtisadiyyat naziri Artsvik Minasyan var.

Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. 26 mayda seçkidə iştirak etmək istəyən bütün partiyalar siyahılarını MSK-ya təqdim etməlidirlər. Seçkiqabağı təşviqat rəsmi olaraq 7 iyun tarixində başlayacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RobertKoçaryan  





Xəbər lenti