“Zod Wind” şirkəti Ermənistanı məhkəməyə verdi

 “Zod Wind” şirkəti Ermənistanı məhkəməyə verdi
  26 May 2021    Oxunub:2066
Ermənistanın Sotk şəhərində fəaliyyət göstərən "Zod Wind" şirkəti ölkə rəhbərliyini məhkəməyə verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, müharibədən sonra şirkətin iş qurduğu bəzi yerlər Azərbaycanın nəzarətinə keçdiyi üçün narazılıqlar yaranıb.

"Zod Wind" Ermənistan hökumətinə qarşı iddia qaldıraraq 5 milyon dollar tələb edir. 25 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Sotka düşən bəzi ərazilərdə yerləşdikdən sonra külək enerjisi istehsalçısı olan "Zod Wind"in yel dəyirmanlarına, binalara və torpaqlara da nəzarət etməyə başladılar. Şirkət ölkə rəhbərliyinə xüsusi rəsmi müraciət ünvanlasa da, lazımi cavab ala bilməmişdilər",- deyə məlumatda vurğulanıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Məhkəmə  





Xəbər lenti