Sahibkarlar “Kapital Bank”la olan müqavilələri “ASAN İmza” ilə imzalaya bilərlər
Qeyd edək ki, “Kapital Bank” sahibkarlara mütəmadi olaraq yeniliklər təqdim edir. Bir müddət əvvəl təqdim edilən “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.
“Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün “Kapital Bank” tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.
İyunun 30-dək müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının “Müştəri Profili”ndən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30 faiz endirim və digər endirimlər əldə edəcək. Xidmətə qoşulmaq üçün “https://kbl.az/cbpcr” linkinə keçid etmək olar.
Azvision.az
Teqlər: Kapital-Bank