Ərdoğandan Süleyman Soylu açıqlaması: “Yalanlar üzə çıxacaq”

Ərdoğandan Süleyman Soylu açıqlaması:  “Yalanlar üzə çıxacaq”
  26 May 2021    Oxunub:1961
Terror təşkilatları ilə olduğu kimi, cinayətkar təşkilatlarla mübarizədə də daxili işlər nazirimizin yanında olduq və olmaqda davam edəcəyik.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hədəfin daxili işlər nazirimiz deyil, böyük və qüdrətli bir Türkiyə olduğunu anlamaq üçün istifadə olunan alətlərə və onları istifadə edənlərə baxmaq kifayətdir. Dostumuz Binəli Yıldırımın da oğlu ilə hədəfə alınması əsl niyyəti göstərən başqa bir əlamətdir. Dostlarımız üzərindən ölkəmizə hücumlara icazə verməmişiksə, buna da imkan verməyəcəyik. Cinayətkar dəstələrin üzvlərini dünyanın harasına qaçırlar qaçsınlar, təqib edirik. FETÖ, PKK-çılar kimi, bu cinayətkarları da ölkəmizə gətirənə və mühakimə orqanlarına təslim edənə qədər onlardan əl çəkməyəcəyik. Bütün yalanlar və iftiralar araşdırılaraq üzə çıxacaq".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RəcəbTayyibƏrdoğan   Türkiyə   Prezident  





Xəbər lenti