Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı-Öysüzlü kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahvələd Qasımovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan ümumi çəkisi 5 kq 800 qram olan 531 ədəd çətənə kolu aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ş.Qasımovun qonşuluqda yaşayan yaxın qohumunun həyətində də ümumi çəkisi 11 kq 400 qram olan 649 ədəd çətənə kolu əkdiyi aşkar edilib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Azvision.az