Ermənistanın müdafiə naziri Moskvaya gedir

 Ermənistanın müdafiə naziri Moskvaya gedir
  26 May 2021    Oxunub:1042
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Moskvaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, səfər yaxın günlərdə baş tutacaq. Rusiya paytaxtında keçiriləcək danışıqların mövzularından biri də Sünik (Zəngəzur -red.) və Qeqarkunikdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olacaq.

"Düşünürəm ki, bəzi suallara cavab almalıyıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində və müttəfiqimiz Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə davam etməliyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VaqarşakArutyunyan  





Xəbər lenti