Papa müsəlmanın ayağını öpdü - VİDEO

Papa müsəlmanın ayağını öpdü - VİDEO
  29 Mart 2013    Oxunub:1337
Katoliklərin ruhani lideri, yeni Papa Fran,esko Romadakı həbsxanaların birində bəzi məhkumların ayaqlarını yuyaraq öpüb.
Papa katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdığı Pasxa bayramı öncəsi Müqəddəs Cümə axşamı mərasimi çərçivəsində paytaxt Romanın Casal del Marmo həbsxanasına gəlib.

İsa peyğəmbərin son axşam yeməyindəki 12 həvarinin şərəfinə 2-si qız olmaqla 12 məhkumun ayağını yuyub.

Ayağı yuyulan məhkum uşaqlardan biri müsəlman olub və Papa bunu ürəkdən etdiyini, bir rahib, bir yepiskop olaraq vəzifəsinin insanlara xidmət etmək olduğunu deyib.




Teqlər:  





Xəbər lenti