Rusiyada ev heyvanlarının vaksinasiyasına başlanıldı

Rusiyada ev heyvanlarının vaksinasiyasına başlanıldı
  26 May 2021    Oxunub:844
Rusiyanın bəzi bölgələrində baytar klinikalarında ev heyvanlarına COVID-19 əleyhinə vaksin vurulmasına başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Qurumu (“Rosselxoznadzor”) məlumat yayıb.

“Heyvanları xəstəlikdən qorumaq üçün alimlər tərəfindən inkişaf etdirilən “Carnivac-Cov”un ilk partiyaları dünəndən etibarən Rusiyanın müxtəlif şəhərlərinə göndərilib. Vaksinasiya istehsalçı Federal Heyvan Sağlamlığını Qoruma Mərkəzindən vaksini satın alan özəl və dövlət klinikaları tərəfindən aparılır”, - məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Rusiya   Vaksinasiya  





Xəbər lenti