ABŞ-da atışma olub, 8 nəfər ölüb

ABŞ-da atışma olub, 8 nəfər ölüb
  26 May 2021    Oxunub:1057
ABŞ-ın San-Xose şəhərində (Kaliforniya ştatı) atışma olub.
Azvision.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.

Silahlı insident nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilib. Hüquq-mühafizə orqanlarındakı mənbə məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan öncə şəhərin meri Sem Likkardo atəş açan şəxsin zərərsizləşdirildiyini, insident nəticəsində bir neçə nəfərin xəsarət aldığını açıqlamışdı.

Azvision.az


Teqlər: ABŞ   Atışma  





Xəbər lenti