Avropa İttifaqı Belarusa yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Belarusa yeni sanksiyalar tətbiq edəcək
  26 May 2021    Oxunub:672
Avropa İttifaqı "Ryanair" təyyarəsi ilə əlaqədar rəsmi Minskə qarşı sanksiyalar tətbiq etmək üçün yeni addımlar atacaq.
Azvision.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian Senatda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Belarusdakı fərdi şəxslərlə yanaşı, dövlət qurumlarını da “qara siyahı”ya salmağı planlaşdırır.

“Bu addım onların Avropada fəaliyyət göstərmələrini, ticarətlərini və Avropanın bazar imkanlarından istifadə etmələrini çətinləşdirmək üçün atılacaq”, - deyə fransalı nazir vurğulayıb.

Azvision.az


Teqlər: Belarus   Avropaİttifaqı  





Xəbər lenti