Konqresmen Respublika Günü ilə bağlı bəyanat yaydı

 Konqresmen Respublika Günü ilə bağlı bəyanat yaydı
  27 May 2021    Oxunub:861
Mayın 25-də ABŞ Konqresinin üzvü Pol Qosar bəyanatla çıxış edərək, Azərbaycan Respublikasının 103 illiyi və müstəqilliyinin 30 illiyi ilə bağlı öz təbriklərini çatdırıb.
Azvision.az xəbər verir ki, bəyanatda Azərbaycanın bölgədə vacib tərəfdaş kimi demokratiya və müstəqilliyin parlaq nümunəsi olmaqda davam etdiyi xüsusi vurğulanır. ABŞ-ın dost Azərbaycanla birgə respublikamızın 103 illiyini qeyd etdiyi diqqətə çatdırılır.

ABŞ və Azərbaycanın azadlıq, demokratiya və müstəqillik kimi birgə amalları bölüşdüyü Konqres üzvü tərəfindən qeyd olunur və digər Konqres üzvləri təbriklərə qoşulmağa dəvət edilir.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dili mətni ilə https://www.congress.gov/117/crec/2021/05/25/167/91/modified/CREC-2021-05-25-pt1-PgE578-4.htm səhifəsində tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: Konqresmen   Azərbaycan  





Xəbər lenti