Koronavirusa yoluxanların sayı 170 milyona çatır

 Koronavirusa yoluxanların sayı 170 milyona çatır
  27 May 2021    Oxunub:597
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 169 milyon 94 min 393 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 512 min 519 nəfərdir. İndiyədək 150 milyon 723 min 278 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 461 347 nəfər koronavirusa yoluxub, 10 628 nəfər dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 971 207 nəfər virusa yoluxub, 606 179 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 27 369 093 nəfərdə virus aşkar edilib. Xəstələrdən 315 263 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 275 440 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 454 623 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 621 696 yoluxma, 109 023 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 212 123 nəfər virusa yoluxub ki, onlardan 46 787-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Koronavirus  





Xəbər lenti