Ermənistanda 27 partiya, 4 blok seçkiyə qatılacaq

 Ermənistanda 27 partiya, 4 blok seçkiyə qatılacaq
  27 May 2021    Oxunub:621
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək 23 partiya və 4 bloku qeydiyyata alıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan MSK məlumat yayıb.

Qeyd olunub ki, partiyaların və blokların seçkiqabağı siyahılarının qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatıb.

"23 partiya və 4 blok qeydiyyata alınıb. Siyasi qüvvələrin qeydiyyatı 31 may saat 18: 00-da başa çatacaq. Seçki kampaniyası 7-18 iyun tarixlərində olacaq", - deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Seçki  





Xəbər lenti