Hindistanda sutkalıq yoluxma 211 mini ötüb

Hindistanda sutkalıq yoluxma 211 mini ötüb
  27 May 2021    Oxunub:945
Hindistanda son sutka ərzində koronavirus infeksiyasına 211 298 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanda COVID-19 xəstələrinin ümumi sayı 27,3 milyona çatıb. Son sutkada virusa yoluxmuş 3847 nəfər dünyasını dəyişib.

Hindistan koronavirusa yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatına əsasən, indiyədək 315 mindən çox insan koronavirusdan həyatını itirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti