Ermənistan MN 6 hərbçinin saxlanıldığını təsdiqlədi

 Ermənistan MN 6 hərbçinin saxlanıldığını təsdiqlədi
  27 May 2021    Oxunub:607
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 6 erməni hərbçisinin zərərsizləşdirilərək saxlanılması barədə məlumatı təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistan MN hərbçilərin geri qaytarılmasına çalışdıqlarını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Azvision.az


Teqlər: Hərbçi   Ermənistan   Ordu  





Xəbər lenti