Arutyunyanla Baş qərargah rəisi arasında qarşıdurma

Arutyunyanla Baş qərargah rəisi arasında qarşıdurma
  27 May 2021    Oxunub:1190
Azərbaycanla sərhəddə gərginlik yaşandığı bir vaxtda Ermənistanda generallar arasında ixtilaf hökm sürür.

Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb. Məlumata əsasən, bu günlərdə müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan arasında münasibətlər ciddi şəkildə pisləşib. Sonuncu heç bir qərarını Arutyunyanla əlaqələndirmir və özü bir sıra addımlar atır.
Qəzetin yazdığına görə, vəziyyət barədə hətta baş nazir vəzifəsini icra edən Nikol Paşinyana da məlumat verilib, lakin o, subardinasiyanı tənzimləmək üçün heç nə etmir. Əlavə olunub ki, “boz kardinala” çevrilmiş Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan nazirlikdə böyük nüfuz sahibdir. Karapetyan bu vəzifəyə yaxın günlərdə təyin edilib, əvvəllər isə Paşinyanın məsləhətçisi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  





Xəbər lenti