Sabah Bakı-Sumqayıt qatarı bu qrafiklə işləyəcək

Sabah Bakı-Sumqayıt qatarı bu qrafiklə işləyəcək
  27 May 2021    Oxunub:912
28 may tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.
Azərbaycan Dəmir Yolları QSC-dən Azvision.az -a verilən məlumata görə, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

Bakı-Pirşağı-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Qatar  





Xəbər lenti