Malinin müvəqqəti prezidenti azad edildi

Malinin müvəqqəti prezidenti azad edildi
  27 May 2021    Oxunub:609
Malinin müvəqqəti prezidenti Ba Ndao və baş nazir Moktar Uan həbsdən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Hərbçilərin nümayəndəsi bu faktı təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Malinin müvəqqəti prezidenti və baş naziri həbs olunduqdan iki gün sonra istefa vermişdilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali  





Xəbər lenti