"Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib" - Nazir

   "Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib" -    Nazir
  27 May 2021    Oxunub:1417
Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib. Birinci şok koronavirus pandemiyası, ikinci isə neft və neft məhsullarının qiymətinin kəskin aşağı düşməsi olub.
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyd olunan proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərməklə ÜDM-nin azalmasına təsir göstərib.

"Ötən il bütün dünya ölkələri üçün ağır bir il oldu. Dövlət tərəfindən pandemiyanın yaratdığı yeni çağırışlara çevik reaksiya verildi. Prezident İlham Əliyevin tapşırığı ilə pandemiyanın sosial-iqtisadi təsirlərinin qarşısını almaq üçün dərhal proqramlar hazırlanıb icrasına başlanıldı. Bununla da görülmüş tədbirlər nəticəsində bütün sosial öhdəliklər vaxtında yerinə yetirildi, eyni zamanda pandemiyanın ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsinə nail olundu”.

Azvision.az


Teqlər: Maliyyə   Nazir  





Xəbər lenti