Rusiyada virusdan ölənlərin sayı 120 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 120 mini ötdü
  27 May 2021    Oxunub:685
Rusiyada son sutka ərzində koronavirusa 9039 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 035 207 nəfərə çatıb.

Rusiyada son bir gündə 402 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 120 002 nəfərdir. İndiyədək 4 651 849 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti