Ərdoğanın Şuşa səfərinin vaxtı məlum oldu - EKSKLÜZİV

Ərdoğanın Şuşa səfərinin vaxtı məlum oldu -  EKSKLÜZİV
  27 May 2021    Oxunub:5893
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi dəqiqləşib.
Azvision.az -ın əldə etdiyi məlumata görə, Türkiyə lideri iyun ayının 15-də Azərbaycana gələcək.

Səfər proqramına əsasən, Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək. Növbəti gün, iyunun 16-da Türkiyə və Azərbaycan Prezidentləri birlikdə işğaldan azad edilən Şuşa şəhərinə səfər edəcəklər.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən bildirib ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb.

Mövzu ilə bağlı oxşar xəbər:
Ərdoğanın səfəri zamanı Şuşada məktəbin təməli qoyulacaq

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan   Şuşa  





Xəbər lenti