Suriyada erməni məhəlləsi bombalandı- VİDEO
AzVision.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Beri yeparxiyası məlumat yayıb.
Raket atəşi erməni məhəlləsi Nor Güxün (Yeni kənd) əsas küçəsini, erməni milli gimnaziyasının ətrafını tutub. Atəş nəticəsində hərbçilər yaralanıb. Dinc əhali arasında ölən və yaralanan yoxdur.
Müharibəyə qədər Suriyada 60-70 min erməni yaşayıb. Onların yarısı Hələbdə, qalanları isə Latakiya, Homs, Qamışlı, Hasak, Yaqubiyə, Rəqqa, Kessab və Dəməşq şəhərlərində yaşayıb.
Ans Press
Teqlər: