Polşa Prezidenti İlham Əliyevi təbrik edib

   Polşa Prezidenti İlham Əliyevi təbrik edib
  27 May 2021    Oxunub:741
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizə, xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa ilə Azərbaycan arasındakı ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə toxunaraq Sizi əmin etmək istərdim ki, Varşava xalqlarımız üçün faydalı olan bütün əməkdaşlıq sahələrini əhatə edən münasibətlərimizin gələcək inkişafına hazırdır.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bir daha bütün Azərbaycan vətəndaşlarına təbriklərimi çatdırım”.

Azvision.az


Teqlər: Polşa  





Xəbər lenti