Məhkəmə Sedat Peker barəsində həbs qərarı çıxardı

 Məhkəmə Sedat Peker barəsində həbs qərarı çıxardı
  27 May 2021    Oxunub:940
Ankara İkinci Cəza Məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.
Azvision.az “Hürriyet”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun təqdimatı əsasında qəbul olunub.

Türkiyənin beynəlxalq axtarışa verdiyi S.Peker xaricə qaçıb, buna görə də məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Qeyd edək ki, Peker hazırda Mərakeşdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SedatPeker   Həbs  





Xəbər lenti