Antisanitar şəraitdə olan ət kəsimi məntəqələri aşkarlanıb

Antisanitar şəraitdə olan ət kəsimi məntəqələri aşkarlanıb
  27 May 2021    Oxunub:930
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bərdə şəhəri və rayonun Cəyirli, Mirzalıbəyli, Güloğlular kəndlərində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib. Yoxlama zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

Aşkar olunmuş nöqsanlarla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Ət-kəsimi  





Xəbər lenti