Haaqada Respublika Günü qeyd olundu

Haaqada Respublika Günü qeyd olundu
  27 May 2021    Oxunub:783
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə ölkəmizin Niderland Krallığındakı səfirliyində Azərbaycan icmasının nümayəndələri, bu ölkədə təhsil alan tələbələr və yerli sakinlərin iştirakı ilə təntənəli tədbir keçirilib.
Azvision.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar tədbir məhdud sayda və qaydalara uyğun olaraq təşkil edilib.

Tədbir Niderlandda yaşayan azərbaycanlı uşaqların ifasında himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra səfir Fikrət Axundov Cümhuriyyətin yaranma tarixi, fəaliyyəti, qısa müddət fəaliyyət göstərdiyi dövr ərzində yaratdığı əlaqələr barədə geniş məlumat verib.

Azərbaycanın diaspor nümayəndələrinin təşkilatçılığı ilə “Körpə Fidanlar” qrupunun ifasında 28 may - Respublika Gününə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub. Azərbaycan rəqsləri nümayiş etdirilib.

Tədbirin sonunda Niderlandda holland dilində yeni nəşrdən çıxmış Azərbaycan nağılları kitabı azərbaycanlı və holland uşaqlarına hədiyyə edilib. Xatırladaq ki, cari il mayın 13 və 14-də Şuşada keçirilmiş “Xarıbülbül” festivalında səsləndirilmiş klassik musiqi konsertinin videoyazısı 28 May Respublika Günü münasibətilə səfirliyin yutub səhifəsində ( https://www.youtube.com/watch?v=GqUNNp6cq2Q ) yerləşdirilib.

Səfirliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə, burada akkreditə olunan xarici səfirliklərə, beynəlxalq təşkilatlara məlumat göndərərək, virtual konsertdə iştiraka dəvət ediblər.

Azvision.az


Teqlər: Respublika  





Xəbər lenti