Gürcüstanda Hindistan ştammı aşkarlandı

 Gürcüstanda Hindistan ştammı aşkarlandı
  27 May 2021    Oxunub:1018
Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxma halları aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, COVID-19-un təhlükəli növünə ölkəyə xaricdən daxil olan 5 nəfərdə rast gəlinib. Həmin şəxslərin 3-ü artıq Gürcüstanı tərk edib. Digər iki nəfər təcrid olunub. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti