Bir gündə 539 mindən çox insan koronavirusa yoluxdu

 Bir gündə 539 mindən çox insan koronavirusa yoluxdu
  28 May 2021    Oxunub:715
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 169 milyon 643 min 590 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 525 min 259 nəfərdir. İndiyədək 151 milyon 343 min 702 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı son məlumata əsasən, ötən sutka ərzində 539 384 nəfər koronavirusa yoluxub, 11 693 nəfər isə vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 999 680 nəfər virusa yoluxub, 607 726 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 27 555 457 nəfərdə virus aşkar edilib. Xəstələrdən 318 895 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 342 162 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 456 753 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 635 629 yoluxma, 109 165 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 220 549 nəfər virusa yoluxub ki, onlardan 46 970-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti